Vahid Ələkbərovdan nikbin PROQNOZ

20:03 | 29.05.2015
Vahid Ələkbərovdan nikbin PROQNOZ

Vahid Ələkbərovdan nikbin PROQNOZ

Orta müddətli perspektivdə neftin bir barelinin qiyməti 75 dolları ötəcək. Modern.az saytının verdiyi xəbərə görə  bunu "Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov "Rossiya 24” telekanalının efirində deyib.

Vahid Ələkbərov proqnozlaşdırıb ki, neftin qiyməti 3-7 il ərzində 75-80 dolları keçəcək.  
O qeyd edib ki, 2014-cü ildə neftin qiymətinin kəskin ucuzlaşmasında siyasətçilər aparıcı rol oynamayıb.  

Şirkət rəhbəri "Lukoil”ın qarşısına qoyduğu gələcək planlarından da danışıb.

Onun sözlərinə görə "Lukoil” 2018-ci ilə qədər Özbəkistandan 16 milyard kubmetr qaz əldə etmək istəyir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM