Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR

11:06 | 06.08.2015
Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR

Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR

Bu gün "Bakı Metropoliteni" QSC "28 May" stansiyasınını ikinci çıxışında vahid kart sisteminin təqdimetmə mərasimini keçirib.

ANN.Az xəbər verir ki, media və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə yeni kartlar, yeni aparatlar, onlardan istifadə qaydaları təqdim olunub. 

"Bakı Kart" layihəsinin rəhbəri Ceyhun Əliyev mərasimdə məlumat verib ki, "Bakı Kart” hesabının doldurulması üçün terminallar artıq Bakı metrosunun bəzi stansiyalarında quraşdırılıb.

Onun szölərinə görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər istifadə ediləcək: "Kartlardan istifadə avqustun 8-dən mümkün olacaq. Köhnə metro kartları isə senytabrın 30-dək işlək olacaq".

Bundan başqa, bu il mayın sonunda Bakının 6 sərnişin avtobusunda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq. Sistemin tətbiqi üzrə ilkin tədbirlər yekunlaşmaq prosesindədir. Ödənişli nəqliyyat kartlarının satışı mayın sonunda başlamalıdır.

Nağdsız ödəniş sisteminin tətbiqi üzrə iş prosesində Bakının mərkəzi hissəində 29 marşrut xəttində işləyən iri tutumlu "Daewoo" markalı 515 avtobus müəyyənləşib. Həmin avtobuslarda elektron ödənişlərin həyata keçirilməsi üçün "Validator" tipli avadanlığın quraşdırılmasına başlanılıb. Hazırda sınaq mərhələsindən keçən 52 nömrəli marşrut üzrə işləyən 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək.

Mərasimdə həmçinin qeyd edilib ki, digər şəhərdaxili marşrutlarda avadanlığın quraşdırılması və onlara nağdısz ödəniş sisteminin tətbiqi cari ilin sonuna başa çatacaq: "Bu mərhələ yekunlaşdıqdan sonra şəhərətrafı marşrut xətlərində işləyən avtobuslarda zəruri avadanlığın quraşdırılması üzrə tədbirlər görüləcək".
 
Orxan Aslanlı
Fotolar müəllifindir
 
 

 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti