Bakıda 12 milyon manata villa satılır - FOTOLAR

14:42 | 19.08.2015
Bakıda 12 milyon manata villa satılır - FOTOLAR

Bakıda 12 milyon manata villa satılır - FOTOLAR

Bakıda möhtəşəm villa satılır.

ANN.Az xəbər verir ki, villanın satışı ilə bağlı ev esatışı ilə bağlı yaradılan saytların birində elan yerləşdirilib. Elanda qeyd olunur ki, villa "Avropa" hoteli ətrafında, Kuveyt, Mərakeş səfirliyinin yanında, 35 sot torpaq ərazidə tikilib. 1500 kv metrlik villada 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağı var. Villanın tikinti ərazisinin cox hissəsi əsasən ev sakinlərinin və qonaqlarının məşğuliyyəti və əylənməsi üçün nəzərdə tutulub.

Elanda maraqlı məqamlardan biri odur ki, villanın zirzəmisinin belə gözəl zövqlə təmir olunduğu qeyd olunur.

Təmirdə istifadə olunmuş məhsulların və evin mebellərinin Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirildiyi deyilir. 

Qeyd edək ki, Bakıda, Azərbaycanda dəyəri bundan da baha olan villalar, evlər, saraylar mövcuddur. İndiyə qədər bahalı villaların elanları da saytlara yerləşdirilib. Bir qədər bundan əvvəl Tbilisi prospektində yerləşən bu villanın 16 milyon manata satılmasına dair elanlar var idi. Görünür, alıcı olmadığından villa sahibi birdən-birə 4 milyon manat endirim edib. 
 
 











 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb