“Putin Donesk və Luqansk “xalq respublikaları”nı saxlaya bilməyəcək”.
Mariupol, Slavyansk, Donesk və Luqanskda keçirilən “referenduma” baxılarsa, yalnız Ukraynaya xəyanət edənlər yox, eləcə də rus tələsinə düşən fantastik səfehlər də var.
Oxu.Az Gordonua.com-a istinadən xəbər verir ki, bu barədə rus müxalifətçisi, publisisti Valeriya Novodvorskaya danışır.
Onun sözlərinə görə, Donesk və Luqansk “xalq respublikaları” Putinə lazım deyil.
“Ukraynanın Rusiyanın tərkibinə qatılmaq istəyən cənub-şərq sakinlərinə bir şey demək istəyirəm: - siz istənilən ölkə üçün pis vətəndaşsız, çünki satqınlara hər yerdə nifrət edirlər. Əminəm ki, kim isə sizə Rusiyadan daha yaxşı bir təklif etsə siz tələsik bir “referendum” da elan edərsiz. Amma artıq heç kim sizə heç nə verməyəcək. Elə Rusiya da, bunu qulağınızda sırğa edin”, - V.Novodvorskaya deyib.
V.Novodvorskayanın sözlərinə görə, rəsmi Kiyev Donbassda mübarizəyə qalib gəlməlidir, yoxsa bütün Ukraynanı uduzacaq.
“Donbass Putinə dayaq nöqtəsi kimi lazımdır, o bu dayaq nöqtəsinin köməyi ilə bütün Ukraynaya soxulacaq. Ukrayna hökuməti uzun müddət separatçılarla mübarizə apardılar. “Referenduma” icazə vermək lazım deyildi. Son halda təyyarələri qaldırıb tutulmuş binaları bombardman etmək lazım idi”, - V.Novodvorskaya bəyan edib.
ANN.Az