Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yenilik

11:33 | 17.11.2014
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yenilik

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yenilik

 Valideyn himayəsindən məhrum olmuş uşaqları himayəyə götürmüş ailələrin stimullaşdırılması və onlara əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizmi yaradılacaq.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq təkliflər hazırlanacaq.

Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər də həyata keçiriləcək. Azərbaycanda həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə tipli evlər (“kiçik qrup” evləri, alternativ uşaq qayğı mərkəzləri) yaradılacaq. Bu tipli evlərin inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.Bütün bu məsələlərin icrası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) tapşırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür