Valyuta mübadilə məntəqələri kapitallarını artırır

12:25 | 04.07.2024
Valyuta mübadilə məntəqələri kapitallarını artırır

Valyuta mübadilə məntəqələri kapitallarını artırır

Valyuta mübadiləsi ("exchange”) xidməti göstərən 5 şirkətdən 3-ü  - "Delta Capital”, "Meta-Kapital” və "Eliko” nizamnamə kapitalını Azərbaycan Mərkəzi Bankının (AMB) tələbinə uyğunlaşdırararq simvolik məbləğdən 600 min manata kimi artırıblar.
 
Bundan sonra həmin şirkətlər  Bakıda bir məntəqə ilə fəaliyyət göstərə biləcəklər.
 
Paytaxtda iki valyuta mübadiləsi məntəqəsi açmaq üçünsə kapitalı 900 min manata kimi artırmaq tələbi var. İ

Hazırda 2 şirkətin – "Zuhur” və "Bakı Mərkəzi Valyuta” şirkətinin  kapitalı AMB-nin tələbinə uyğun deyil.
 
"Zuhur”un paytaxtda bir və "Bakı Mərkəzi Valyuta” şirkətinin isə iki valyuta mübadilə məntəqəsi var. Bu isə o deməkdir ki,  "Zuhur”un nizamnamə kapitalı ən azı 600 min manat, "Bakı Mərkəzi Valyuta”nın  isə  - azı 900 min manat təşkil etməlidir.
 
N.Təbrizli
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM