Vaqif Əsədov “NZS”-dəki villasından danışdı

14:45 | 20.06.2017
Vaqif Əsədov “NZS”-dəki villasından danışdı

Vaqif Əsədov “NZS”-dəki villasından danışdı

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun iddia olunan Bakı şəhəri, "NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri Olke.az-da yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun özünə müraciət etdik.

Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, onun evinin olması ilə bağlı yayılan məlumatlar şayiədir: 

"Mənim evim yoxdur. Məni tanıyan və ətrafımda olanların hamısı bilir ki, mən harada və kimin evində yaşayıram. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil”.

Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış və onun olması iddia olunan villanın şəkillərinə də münasibət bildirdi. Onun sözlərinə görə, şəkilləri yayılmış villa, əslində, yəhudi dostlarınındır və ona heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini də gizlətməyib.

"Hesab edirəm ki, evlər ada görə yox, xidmətlərə və əməyi olanlara verilməlidir. Mən də neçə illərdir ki, mətbuat sahəsində çalışıram. Bu sahədə xidmətlərim varsa, niyə də ev üçün müraciət edənlərdən biri olmayım?”

Vaqif Əsədov həmçinin onun haqqında mənfi məlumatlar yayan saytlara da müraciət etdi: "Deyəsən yay fəsli mediada mövzu qıtlığı yaradıb. İndi  belə xəbərlər yaymaqla ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM