Vaqif Sadıqov: "Qırğızıstanla heç-heçə faciədir"

17:14 | 19.11.2013
Vaqif Sadıqov: "Qırğızıstanla heç-heçə faciədir"

Vaqif Sadıqov: "Qırğızıstanla heç-heçə faciədir"

AZAL klubunun baş məqşçisi Vaqif Sadıqov Qol.Az saytının suallarını cavablandırıb. Milli komandamızın sabiq çalışdırıcısı yığmamızın Estoniya (1:2) və Qırğızıstanla (0:0) yoldaşlıq oyunlarından danışıb- Milli komandamızın Estoniya və bu gün Qırğızıstandakı uğursuz çıxışları ilə bağlı fikirlərinizi bilmək istərdik.- Estoniya ilə oyundan hər bir nəticə gözləmək olardı. Çünki bu komadan Avropada zəif rəqib kimi qəbul olunmur. Buna baxmayaraq millimiz estonlarla oyunda üstün duruma düşmüşdü. İkinci hissədə isə nəticəni qoruyub saxlaya bilmədilər. Ancaq bu nəticəni faciə adlandırmaq olmaz. Qırğızıstanla heç-heçə isə artıq faciədir. Millimiz səfərdən qələbə ilə dönüb hamımızı sevindirməklə yanaşı, gələn il üçün ümid yeri saxlamalıydılar ki, bundan da yaxşı çıxış edəcəyik. Ancaq heyf ki, Estoniyada başlayan uğursuzluğu Qırğızıstanda da davam etdirdik. Lider futbolçularımızın olmaması, əsasən də kapitan Rəşad Sadıqovun yoxluğu öz təsirini göstərdi. Rəşad kimi oyunçunun olmadığı halda Azərbaycan yığması hansısa sıravi kollektivə çevrilir. Bu da o deməkdir ki, belə təcrübəli futbolçularımız yaxın illər ərzində karyerasını başa vurduqdan sonra yığmamızda boşluqlar yaranacaq və yenidən işlər görülməli olacaq. Bu amil bizi təsirləndirir.- Təəssüfləndirici haldır ki, Foqts bu iki oyunda sırf nəticəni düşünsə də, heç nəticə də qazana bilmədik.- Sizinlə tam razıyam. Foqtsun oynatdığı heyətə baxdıqda görürük ki, eyni futbolçulardır. Yəni sırf nəticəyə yönələn bir heyət idi. Ancaq təəssüf ki, belə oyunlarda da öz potensialımızı ortaya qoya bilmədik. Bizdən qat-qat zəif rəqibə qarşı nəticə qazana bilmirik. Sual ortaya çıxır ki, bizi gələcəkdə nələr gözləyir? Ən vacib olan budur. Hesab edirəm ki, bu oyunlar ciddi təhlil olunmalı və gələcək üçün tez bir zamanda qərarlar qəbul olunmalıdır.- Sizcə, millimizin son iki uğursuz oyunu müqaviləsi başa çatmaqda olan Foqtsun yığmadakı taleyinə təsir edəcək?- Məncə, təsir edəcək. Foqts ətrafında dolaşan söz-söhbətlər, onun Azərbaycan yığmasını tərk edəcəyi ilə bağlı verdiyi açıqlama da komandamızın oyunlarına təsir edə bilər. Komanda hiss edəndə ki, gələcəkdə başqa bir mütəxəssislə işləyəcək, bunun oyuna mütləq təsiri olur. Dediyim kimi, son bu iki oyun Foqtsun millidəki taleyinə təsirsiz ötüşməyəcək.- AZAL-da işlər necədir?- Planlı şəkildə hazırlıqlarımızı davam etdiririk. Milli komandanın oyunları ilə bağlı yaranan fasilədən heyət müəyyənləşdirmək baxımından yaxşı istifadə etdik. Komandamızda olan kadr problemlərindən tez-tez danışıram. Bu gün daha bir problemimiz ortaya çıxdı. Məşq zamanı Murad Ağayev çox ciddi zədə aldı. O da "Qəbələ" ilə oyunda iştirak edə bilməyəcək. Dəqiq bilirik ki, "Qəbələ" ilə oyunda ən azı 6 futbolçumuz iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz komanda oyunu ilə üstünlük veririk. Qeyd etdiyim futbolçuların əvəzinə cavan oyunçulara şans veriləcək və onlar bu şansdan istifadə etməlidirlər. Rəqibimiz çox güclüdür, bunu dərk edirik. "Qəbələ" çox güclü hücum xəttinə malik olan bir komandadır. Buna baxmayaraq, biz də öz oyunumuzu quracağıq. İmkan verməməliyik ki, rəqib öz üstünlüyündən istifadə etsin. Əks-hücumlardan istifadə edib, lazım olan nəticəni qazanmağa çalışcağıq.- Son oyununuz "Qarabağ"a qarşı oldu. AZAL bu komanda ilə oynamağı bacarır. "Qarabağ"la "Qəbələ"ni necə müqayisə etmək olar?- Biz də hazırda bunları təhlil edirik. Tamamilə fərqli oyun taktikasına malik olan iki komandadır. "Qarabağ" demək olar ki, qapıçıdan tutmuş hücumçuya qədər topa nəzarət etmək məqsədi ilə hücumlar təşkil edir. "Qəbələ" isə sürətli, uzun ötürməli hücumlara üstünlük verir. Demək olar ki, rəqibi öz qapısına sıxmağa çalışırlar. İstənilən halda bu basqılara hazırıq. Bizim də öz planlarımız var. Hesab edirəm ki, çox maraqlı bir oyunun şahidi olacaqsınız. Rəqibin kimliyindən asılı olmayaraq, AZAL hər bir oyuna qələbə üçün çıxır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti