Vardaryan Rusiya vətəndaşı olarsa onun hüquqları qorunacaq - Peskov

15:58 | 27.09.2023
Vardaryan Rusiya vətəndaşı olarsa onun hüquqları qorunacaq - Peskov

Vardaryan Rusiya vətəndaşı olarsa onun hüquqları qorunacaq - Peskov

Ruben Vardaryan Rusiya vətəndaşı olduğu halda onun hüquqları Rusiya tərəfindən qorunacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 
 
"Məndə onun saxlanılması ilə bağlı hər hansı məlumat yoxdur. Məlumatsız olduğum üçün hər hansı fikir söyləyə də bilmərəm. Əgər Ruben Rusiya vətəndaşlığından çıxmayıbsa, o zaman Moskva onun saxlanması barəsində məlumat alacaq və hüquqlarını qoruyacaq", - Peskov deyib. 
 
Sentyabrın 27-də Dövlət Sərhəd Xidməti açıqlamaya yayaraq separatçı rejimin "dövlət naziri" Ruben Vardaryanın Laçında saxladığını açıqlayıb. 
 
Bundan əvvəl Vardaryan Qarabağda baş verən son hadisələrdə Azərbaycana qarşı kəskin ittihamlar irəli sürmüşdü. 
 
Saxta nazir fevralda Qarabağdakı vəzifəsindən istefa verib. 
 
"Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı  

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti