Bundan əvvəl Federal Şuranın Konstitusiya Komissiyasının üzvü Aleksandr Başkin bildirib ki, Vardaryan Rusiya vətəndaşlığından imtina etdiyi üçün onun hüquqlarını Rusiya müdafiə edə bilməyəcək.
Sentyabrın 27-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Laçında Qondarma rejimin saxta nazirini Ermənistana gedərkən saxlayıb və Bakıya gətirərərək aiddiyatı quruma təhvil verdiklərini açıqlayıblar.
Vardaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və "Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə 15 il və ya daha çox həbs oluna bilər.
Ruben Vardaryan Qarabağdakı vəzifəsindən fevralda istefa verib. O bu vəzifəyə 2022-ci il gətirilmişdi.
Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !