Varlılar ölkəni tərk edir

14:17 | 10.07.2015
Varlılar ölkəni tərk edir

Varlılar ölkəni tərk edir

İqtisadi böhranla bağlı varlı yunanlar ölkəni tərk etməyə başlayıb, Afinadakı xarici ölkə səfirliklərinə viza üçün müraciətlərin sayı rekord həddə çatıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hazırkı vəziyyətlə bağlı nisbətən imkanlı olan yunanlar xarici ölkələr getmək üçün çalışırlar. Bununla bağlı "Kathimerini" adlı yunan qəzeti böyük araşdırma aparıb. 

Qəzetin yazdığına görə, son bir gün ərizndə 1580 nəfər xarici pasport almaq üçün polisə müraciət edib. Bu ötən ilin eyni günü ilə müqayisədə 2 dəfə çox göstərici deməkdir. Pasport almaq istəyənlərin isə son bir həftə ərzində daha da artdığı bildirilir.

"Greek Reporter" adlı bloqun yazdığına görə, Afinanın cənubunda və şimalında yaşayan bir çox varlı ailələr 2 həftə davam edən sərmayə nəzarətindən sonra ölkəni tərk etməyə başlayıblar. Pasport müraciətləri daha çox Avropa Birliyi ölkələrinə getmək üçündür.

Bloq sahibi bir yunan polis əməkdaşına istinad edərək yazır ki, pasport almaq üçün uzanan növbə indiyə qədər olan səviyyəni dəfələrlə geridə qoyur və daha çox varlı, imkanlı ailələrin üzvləri xaricə üz tuturlar.

Hazırda Yunanıstanda işsizlik səviyyəsi 50 faizi ötüb, proses bir neçə il əvvəl başladığından yunanların xarici ölkələrə köç etməsi yeni deyil. Yanvar ayında, parlament seçkisindən əvvəl Yunan İşverənlər Birliyi - "Endeavour" böhranın başlamasından indiyə qədər 200 min adamın ölkəni tərk etdiyi açıqlamışdı. Bu vətəndaşların çoxu İngiltərə və Almaniyaya gedir. 

"Doktorlar qəzeti"nin Afina Doktorlar Kabinetindəki qaynağına istinadən verdiyi xəbərə görə, 2009-201-cü illər arasında ölkəni 7 min həkim tərk edib.

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM