• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Vasif Talıbovu əvəz edəcək Azər Zeynalov kimdir? - Dosye

Vasif Talıbovu əvəz edəcək Azər Zeynalov kimdir? - Dosye
21.12.2022 15:17
Naxçıvan Ali Məclisinin bu gün keçirilən qapalı iclasında sədr Vasif Talıbovun istefa verməsindən sonra onun səlahiyyətləri Ali Məclis sədrinin birinci müavininə həvalə olunacaq. Bu, Naxçıvan MR Konsititusiyasında təsbit olunmuş qaydalara görə, 30-cu maddədə qeyd edilib.
 
Sədrin birinci müavini isə Azər Yadulla oğlu Zeynalovdur.

Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. 1977-1987-ci illərdə Şərur şəhəri 1№-li orta məktəbində təhsil alıb.

1987-1992-ci illərdə Lipetsk Politexnik İnstitutunda təhsil alaraq Sənaye nəqliyyatı ixtisası üzrə mühəndis peşəsinə yiyələnib.

1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.

1993-cü ildə Şərur rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.

2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ildən isə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsinin rəisi vəzifəsində işləyib. 2005-2010-cu illərdə III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Meclis Sədrinin müavini vəzifəsində işləyib. Yenidən IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.
 
Ali Məclisin birinci sessiyasında Ali Məclis Sədrinin müavini və İqtisadi siyasət komitəsinin sədri, həmçinin V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Ali Məclisin birinci sessiyasında Sədrin I müavini və İqtisadi siyasət komitəsinin sədri vəzifələrinə seçilib
2010-cu ildə Azərbaycan Respublikasının "Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol