Martın 22-də Vaşinqton ştatında baş verən yer sürüşməsi nəticəsində artıq 176 nəfər itkin düşmüş hesab edilir.Azvision.az xarici mətbuta istinadən xəbər verir ki, əvvəl 14 nəfərin öldüyü və 108 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdır. Hadisə yerində axtarış-xilasedici əməliyyatlar davam etdirilir.ABŞ prezidenti Barak Obama Vaşinqton ştatında fövqəladə vəziyyət elan edib. Sərəncam xilasedici tədbirlərin əlaqələndirilməsi və zərərçəkmiş ərazilərdə sakinlərə yardım göstərilməsini nəzərdə tutur.Xatırladaq ki, martın 22-də Sietl şəhəri yaxınlığında, şiddətli yağışlardan sonra yer sürüşməsi baş verib, 30-dək ev dağılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !