Vağzal köçürüləcək?

Bakı Dəmir Yolu Vağzalının şəhər kənarına köçürülməsi məsələsi gündəmdən çıxarılıb. Bu barədə bakupost.az-a Nəqliyyat Nazirliyinə məxsus “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.Onun sözlərinə görə, bu məsələ ilə bağlı “Böyük Bakının Regional İnkişaf Planı” çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) müəyyən təklifləri olsa da, onlar elə təklif olaraq qalıb və çox güman ki, vağzal yaxın illərdə köçürülməyəcək.Xatırladaq ki, DŞAK-ın hazırladığı Planda vağzalın ərazisinin azaldılması, orada şəhərətrafı elektrik qatarlarının gəlib-getməsi üçün iki dəmir yolu xəttinin saxlanılması nəzərdə tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat
17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

İqtisadiyyat
12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov

İqtisadiyyat
11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev