• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Vəfa Quluzadə Jirinovskinin məhkəməyə verilməsindən danışdı

Vəfa Quluzadə Jirinovskinin məhkəməyə verilməsindən danışdı
17.07.2014 19:56
Moskvada milliyətcə azərbaycanlı olan Sadiq və Elmira Məmmədovlar Vladimir Jirinovskini azərbaycanlıları təhqir etdiyinə görə məhkəməyə veriblər.
Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə Aktual.az-a açıqlamasında bildirib ki, məhkəmə iddianı formal olaraq qəbul edib:
“Məhkəmə prosesinin nəticəsi olmayacaq. Yaxşı bir vəkil bütün ittihamları bir yerə cəmləyib məhkəmədə Jirinovskinin “başına çırpsa”, bundan sonra, heç olmasa, bizim yerli mətbuat və Rusiya qəzetləri onun necə murdar adam olduğunu yazıb çap etsələr, pis olmaz. Amma Putinin dostuna kim nə deyə bilər?”
Politoloq Qabil Hüseyinli də deyir ki, Jirinovskinin Kremlin ruporu olduğunu nəzərə alsaq, məhkəmədə ona qalib gəlmək sual altındadır:
“Məhkəmə onu qınayan və yaxud üzr istəməyə vadar edən addım ata bilər. Nəzərə alsaq ki, Jirinovski Kremlin ruporudur və onun sifarişlərini yerinə yetirir, məhkəmənin, bütövlükdə, sərt tədbirlər görəcəyini güman etmirəm. Məhkəmə də Kremlin sifarişini yerinə yetirəcək. Bir sözlə, Jirinovskiyə qalib gəlmək asan deyil”.
Q. Hüseyinlinin sözlərinə görə, əgər məhkəmə parlamentdən onun toxunulmazlıq hüququnu üzərindən götürməyi xahiş etsə, ədalət naminə nə isə ediləcəyini güman etmək olar:
“Mən Jirinovskini məhkəməyə verən ailənin bu addımını yüksək qiymətləndirirəm. Bunu vətənpərvətlik, milli təəssübkeşlik nümunəsi sayıram və alqışlayıram. Amma, təəssüflər olsun ki, Rusiyadakı bu günkü reallıq, millətimizi təhqir edən dövlət rəsmisini cəzalandırmaq iqtidarında deyil.
Jirinovskinin deputat toxunulmazlığı qaldığı halda, məhkəmə, ən uzağı, deklorativ nə isə bəyan etməklə məsələni qapadacaq. Məhkəmə Dumaya müraciət etməlidir. Duma da, öz növbəsində, bu məsələni müzakirə edərək, Jirinovskinin səsləndirdiyi fikirləri intizam komissiyasına, yaxud da, ümumilikdə, parlamentin iclasına çıxara bilər”. 
Qeyd edək ki, 2014-cü ilin martında Rusiya Dövlət Dumasında çıxışı zamanı Jirinovski azərbaycanlıları kaspilər (xəzərlər – red.) adlandırmış, daha sonra isə belə bir xalqın, ümumiyyətlə, olmadığını bildirmişdi. 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol