Son dövrlərdə əhali arasında velosipeddən və skuterlərdən istifadə edənlərin sayı artıb.Bunu nəqliyyat ekspertləri və media nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmədə çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"Bizim atdığımız bütün addımlar şəhər mərkəzində fərdi nəqliyyatın azaldılması və ictimai nəqliyyata üstünlüyün verilməsi istiqamətində yönəldilib. Müşahidələr göstərir ki, son dövrlərdə əhali arasında velosipeddən və skuterlərdən istifadə edənlərin sayı artıb. Bu nəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlıqların azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından çox əhəmiyyətlidir" - AYNA sədri qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !