Velosipedçimiz Türkiyədə üçüncü yeri tutdu

20:30 | 15.09.2020
Velosipedçimiz Türkiyədə üçüncü yeri tutdu

Velosipedçimiz Türkiyədə üçüncü yeri tutdu

Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyədə keçirilmiş 1.2 kateqoriyalı "Grand Prix Velo Erciyes” yarışında üçüncü olub.

Federasiyanın mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, "Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Əsədov birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçi 176 km məsafəni 4 saat 11 dəqiqə 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Yarışa baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qatılan yığmanın digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb. O, 78 velosipedçi arasında 18-ci ola bilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM