Vergilər Nazirliyində YENİ TƏYİNATLAR

11:09 | 03.02.2017
Vergilər Nazirliyində YENİ TƏYİNATLAR

Vergilər Nazirliyində YENİ TƏYİNATLAR

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Həmçinin Nazirliyin departamentlərindən birində də dəyişiklik olub.
 
Məlumata görə, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.
 
Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktoru olub. Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb. //Report

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM