Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayı AÇIQLANDI

17:45 | 02.03.2021
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayı AÇIQLANDI

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayı AÇIQLANDI

Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

Anews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Siyahıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2 881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb