• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Vətəndaş cəmiyyəti İlham Əliyevə müraciət ünvanlayıb

Vətəndaş cəmiyyəti  İlham Əliyevə müraciət ünvanlayıb
24.01.2023 15:35
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi üçün Prezident İlham Əliyevə ünvanlayıblar. Bu barədə Hüquq müdafiəçisi Rüfət Səfərov paylaşım edib.
 
"Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatlıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər, hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik", - müraciətdə deyilir.
 
Müraciəti 18 vətəndaş cəmiyyəti rəhbəri imzalayıb.
 
Müraciəti vətəndaş cəmiyyəti rəhbərlərindən Sabit Bağırov, Arzu Abdulla, Şəhla İsmayıl, Novella Cəfəroğlu, Fikrət Cəfərli, Səidə Qocamanlı,  Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehdiyev, Əhməd Əlili, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Mirvari Qəhramanlı, Rəsul Cəfərov və Ziya Quliyev imzalayıb.
 
"Xural TV” saytının təsisçisi Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar.
 
Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) ittiham edilib.

"Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
 
2022-ci il dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb. Apellyasiya Məhkəmısi bununla bağlı şikayəti təmin etməyib.
 
Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur  və bir-birini böhtanda ittiham edirdilər.
 
Hacıyev dekabrın 15-də həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 29 dekabrda, o, yaxınlarının təkidi ilə aclığı dayandırıb. Lakin yanvarın 8-dən etibarən o, yenidən aclığa başlayıb. Buna səbəb onun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinin məhkəmə tərəfindən təmin edilməməsi olub. 
 
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb. 

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
 
Yanvarın 21-də Hacıyevin həbs müddəti 2023- cü ilin fevralın 28- dək uzadılıb. 
 
Lida Abbaslı
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol