Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib.
Bu günlər ərzində evlərini tərk etmək üçün vətəndaşlar ya SMS icazə tətbiqindən istifadə etməli, ya da fəaliyyətinə icazə verilən qurumların işçiləri icaze.e-gov portalında onları qeydiyyatdan keçirməlidirlər.
Buna baxmayaraq bir qisim vətəndaşlar SMS icazə tətbiqindən istifadə edib küçəyə çıxsa da, problemlərlə üzləşib.
Belə ki, vətəndaş yolda polisə təsdiq mesajını göstərərək açıq havada gəzdiyini bildirdiyi halda, polis buna müdaxilə edib. Vətəndaşa SMS icazədən yalnız market və aptekə getmək üçün istifadə edilə bilər deyib, cərimə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Bu kimi hallar vətəndaşlarda çaşqınlıq yaradıb.
Bəs vətəndaşlar 2 saatlıq icazədən hansı məqsədlər üçün istifadə edə bilər? Qanun bununla bağlı nə deyir?
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, 2 saatlıq icazə təkcə ərzaq və tibbi zərurəti ödəmək üçün deyil.

"Ötən karantin rejimi üçün verilən qərarlarda açıq havada gəzmək bəndi göstərilməsə də, son tənzimləmədə bu, göstərilir. Parkların açıq saxlanılması təkcə işə gedib-gələnlərə şamil edilmir. Eyni zamanda SMS icazə ilə evdən çıxan vətəndaşlar park və ya bulvarda immun sisteminin gücləndirilməsi üçün dincələ, günəş altında D vitamini qəbulu üçün gəzə bilər",- deyə o bildirib.
Ələsgər Məmmədli həmçinin söylədi ki, baş verən proseslərin heç biri qanuni deyil.
"Hazırda qanunda Operativ Qərargahın verdiyi qərarlarla bağlı heç bir norma yoxdur. Verilən qərarlar qanundan kənar tənzimələmələrdir. Bir çox halda isə açıq şəkildə insanların təməl hüquqlarının məhdudlaşdırılmasıdır".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev isə deyir ki, vətəndaşlar Operativ Qərargahın göstərdiyi qərarlar çərçivəsində yaşayış yerlərini tərk edə bilərlər.
Həmin qərarda bildirilir:
Mövzu ilə bağlı sosial şəbəkələrdə izləyicilər arasında sosial eksperiment keçirdik.
"Vətəndaş 2 saatlıq icazədən hansı məqsədlə istifadə edir?" sorğusunda 287 şəxs iştirak edib.
ANEWS.az həmin nəticəni təqdim edir:
Hazırladı: Samirə Əliyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !