• $
  • €
  • ₽
  • ₺
  • £

Texasda iki milyon arı daşıyan yük maşını aşıb

Texasda iki milyon arı daşıyan yük maşını aşıb
23.06.2026 14:43

ABŞ-ın Texas ştatında təxminən iki milyon arı daşıyan yük maşınının aşması nəticəsində arılar pətəklərdən ətrafa yayılıb.

Yerlı KBTX telekanalının məlumatına görə, hadisə bazar günü Texasın cənub-şərqində yerləşən kənd ərazilərindən birində baş verib. Arı pətəkləri ilə yüklənmiş yük maşınının aşması nəticəsində təxminən iki milyon arı sərbəst qalıb.

Məlumata əsasən, yerli arıçılar hadisə yerinə gələrək təcili yardım və digər xidmət orqanlarına dəstək göstərib, ərazinin təhlükəsizliyinin təmin olunmasına və yolun pətək qalıqlarından təmizlənməsinə kömək ediblər.

Hadisənin baş verdiyi Orange County sakinlərinə ehtiyat tədbiri olaraq bir müddət evdə qalmaları tövsiyə olunub.

Yerli KOGT radiostansiyasının məlumatına görə, yük maşınının sürücüsü döngədə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində sürücü xəsarət almayıb.

Hadisənin nəticələrinin aradan qaldırılması və arıların yenidən pətəklərə toplanması istiqamətində işlər davam etdirilir.

Aytac Zeynalova 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol