Görkəmli yazarımızın indiyədək işıqüzü görməyən əsəri çap edildi

12:01 | 01.12.2014
Görkəmli yazarımızın indiyədək işıqüzü görməyən əsəri çap edildi

Görkəmli yazarımızın indiyədək işıqüzü görməyən əsəri çap edildi

Görkəmli ədib Nəcəf bəy Vəzirovun indiyədək işıqüzü görməyən əsəri çap edilib.

ANN.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda  Nəcəf Bəy Vəzirovun şəsxi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli bir vəsait olan "Palıd” elmi əsəridir.

Ədibin ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, ancaq bu əsər haqqında bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməyib. Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlayıb.

"Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli bir vəsaitdir. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür