Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.
"Qafqazinfo” xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.
Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.
Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.
Xalq yazıçısı isə sənətçinin yanında əyləşən digər xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya anlaşılmazlıq barədə danışıb: "Şəfiqə xanım, buna başa salın ki, mən elə insan deyiləm ki, arxamı çevirəm”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !