Ukrayna prezidenti Viktor Yanukoviç noyabrın 28-29-da Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının Vilnüsdə keçiriləcək zirvə toplantısında iştirak etməyi planlaşdırır.
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib. “Prezident “Şərq tərəfdaşlığı”nın Vilnüs sammitinə getməyi planlaşdırır”, deyə o, söyləyib.
L. Kojara bildirib ki, Ukrayna avrointeqrasiyadan imtina etmir. Bununla yanaşı, nazir hökumətin AB ilə assosiasiya sazişi imzalanmasına hazırlığın dayandırılması barədə qərarını dəstəklədiklərini də vurğulayıb.
APA
Bizi sosial şəbəkələrdə izləyin !