"Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər”
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
"Minsk qrupu çərçivəsindəki prosesi dəstəkləməyinizi istəyirik”, - deyə Viktoriya Nuland vurğulayıb.
O, həmçinin bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır: "Sabah bunu Ermənistanda da deyəcəyəm”.
V. Nuland Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağla problemi ilə də bağlı müzakirələr apardıqlarını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !