Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

13:21 | 15.04.2021
Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəhid oğluna yeni vəzifə verib.

Nazirin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Fərid Məmmədov vəzifəsindən azad olunub. Digər əmrlə F.Məmmədov Kəpəz RPİ Təhqiqat bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, Fərid Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.

Xatırladaq ki, Təhqiqat bölməsinin keçmiş rəisi Füzuli Şıxıyev Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevin köməkçisi təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb