Qarabağda separatçı rejimin "Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan Ermənistandadır. Bu barədə Ermənistan mətbuatı qondarma "parlamentin" deputatı Metaxe Akopyana istinandan yazıb.
"Onun artıq Ermənistanda olması ilə bağlı məndə məlumat var, lakin hələ ki, onunla əlaqə saxlamamışam”, o qeyd edib.
Tacc agentliyi də onun Ermənistanda olması ilə bağlı məlumatı təsdiqləyib.
Azərbaycan tərəfi hələlik bununla bağlı hər hansı açıqlama verməyib.
Vitali Balasanyan 2020-ci ildən qondarma rejimin "Təhlükəsizlik katibi" təyin edilib və 2023-cü ilin yanvarından "vəzifəsi"ndən uzaqlaşdırılıb.
Oktyabrın 5-də sepratçı rejimin keçmiş "rəhbərləri" Bako Saakyan və Arkadi Qukasyanı, həmçinin "parlamentin eks-spikeri" David İşxanyan barəsində Səəbail Məhkəməsi 4 aylıq həbs qərarı verib.
Onlar oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bir gün əvvəl Azərbaycaın hüquq mühafizə orqanları qondarma rejimin keçmiş "preizdenti" Araik Arturyuanın saxlanması barəsində xəbər yayıb.
Bundan əvvəl Azərbaycan separatçı rejimin "xarici işlər naziri" və "prezidentinin keçmiş köməkçisi" David Babayanın, o cümlədən Ermənistanın Qarabağdakı "hərbi qüvvələri komandanının keçmiş müavini" David Manukyanın və "keçmiş dövlət naziri" Ruben Vardaryanı saxlanması ilə bağlı açıqlama yayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !