• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib

Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib
23.08.2019 19:30
Avstraliyada övladını vegan qidalarla qidalandıran valideynlərə 18 aylıq həbs cəzası verilib.

Anews.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada bir ailə körpələrini qeyri-kafi qidalandırma səsbəbi ilə cəza alıb. Məhkəmə qeydlərinə görə ailənin övladı 19 aylıq olduğu halda 4 kilo 890 qram çəkisi olduğundan 3 aylıq körpəyə oxşayır.
Körpənin protein çatışmazlığından dişləri çıxmayıb. Həkimlərin sözlərinə görə uşaq xəstəxanaya gətirildiyində dodakları göyərmiş, qanında şəkərin miqdarı aşağı olub. Əzələləri öz elastikliyini itirmiş vəziyyətdə olub.

Valideynlərin 18 aylıq həbs cəzası 300 saat ictimai xidmət göstərməklə əvəzlənib. Övladları isə Sosial Xidmətlər müəssisəsinin nəzarətinə verilib.
Vegeterianlıq "sağlam həyat” anlamını özündə ehtiva edən bir yaşam formasıdır. Vegeterianlar ət yeməyən insanlardır. Vegeterianlar arasında süd və yumurta kimi qidalardan istifadə edən insanlar olsa da, vegan həyat tərzi yaşayanlar heyvan mənşəli bütün qidalardan və məhsullardan imtina edirlər.

Ölkəmizdə də vegeterian və vegan qidalanan insanların sayı günü-gündən artır. Bəs görəsən, uşaqları vegan və ya vegeterian qidalandırmaq doğrudurmu? Sualımızı pediatr Gülnar Abdullayeva cavablayıb. Pediatrın sözlərinə görə uşaqların qida rasiyonunun zənginliyinə diqqət göstərmək lazımdır. Bir çox hallarda qan azlığı zamanı qırmızı ətin yedirdilməsi vacib hesab olunur. Düzdür, elə uşaqlar var ki, ət sevmirlər. Məcbur yedirtmək də doğru deyil. Amma ət, yumurta, süd məhsulları uşaqların inkişafı üçün vacib minerallar, vitaminlərlə zəngindir. Buna görə böyüməkdə olan orqanizmə bu cür məhdudiyyətlər qoymaq düzgün deyil.(bizimyol)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol