Deputat Vüqar Bayramov hazırda həbsdə olan qardaşı Qubad İbadoğlu ilə bağlı niyə açıqlama verməməsini ölkədə olmaması ilə əlaqələndirib.
"Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi. Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur", - deputat öz sosial hesabında yazıb.
Bayramov araşdırmaların obyektiv aparılacağına ümid etdiyini bilirib və qeyd edib ki, Qubad İbadoğlunun dərmanlarını ona çatdırmaq üçün əlindən gələni edəcək.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !