ABŞ prezidenti Barak Obamanın administrasiyası Rusiya prezidenti Vladimir Putinin ambisiyalarını qiymətləndirmir. ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə məşhur "The Washington Post" qəzeti yazıb.
Məqalə müəllifləri bildirilər ki, amerikalı lider Rusiyanı "milli bloku", "qlobal ideologiyası" olmayan "regional güc" adlandırıb. Obamanın komandası hesab edir ki, Putin transatlantik alyansın güclü alternativlərinin yaranmasına töhfə verməklə Rusiyanı təcrid edir.
Məqalə müəllifləri həmçinin qeyd edirlər ki, Qərb prinsiplərini qəbul etməyən Hindistan, Çin, Vyetnam, Suriya, İran və Venesuela kimi ölkələr var. Putin onlara alternativ variantlar təklif edə bilər.
Rusiya yeni iqtisadi sistem yarada bilər. Müəlliflərin fikrincə, adları çəkilən ölkələr dünya istehsalatının 20 faizini özündə cəmləşdirirlər və onların əməkdaşlığı hərbi sahədə də baş tuta bilər.
ANN.Az