Belə ki, "Maktechblog” resursu yazır ki, "WhatsApp” tərtibatçıları tətbiqdə videozəng reallaşdırmağı planlaşdırırlar. Messencerin daxili kodu buna sübutdur.
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki,"iPhone” üçün son "WhatsApp” quraşdırmasında tərtibatçılar proqramda "Skype” vasitəsilə videozəng funksiyasının yaranması imkanını bildirən "Call via Skype" parametrini aşkar ediblər. Ötən il "Facebook” tərəfindən 19 milyard dollara satın alınmış xidmətin tərtibatçıları şərh verməkdən imtina ediblər.
Messencerin populyarlığı getdikcə artır. Ötən ilin avqustunda "WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 600 milyon olub. O vaxtdan etibarən bu göstərici artaraq 700 milyon təşkil edir.
Xidmətin direktorunun məlumatına əsasən, əlavənin istifadəçiləri hər gün 30 milyarddan çox mesaj göndərirlər ki, bu da planetin hər bir sakininə dörddən çox mesajın düşməsi deməkdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !