“WhatsApp”ın keçmiş əməkdaşları yeni sosial şəbəkə yaratdı

WhatsApp” şirkətinin keçmiş əməkdaşları Nirac Arora və Maykl Donohyu "HalloApp” adlı yeni sosial şəbəkə istifadəyə veriblər.
İstifadəçilər öz ünsiyyət dairələrini və xəbər lentini məhdudlaşdıra biləcəklər. Bu, "HalloApp”də yalnız telefon kitabçanızda olan şəxsləri dostluğunuza əlavə edə bilməyinizin sayəsində mümkün olacaq. Bu sosial şəbəkədə bəyənmə (layk), izləyicilər (folloverlər), həmçinin reklam və kontentin seçilməsi üçün alqoritmlər yoxdur.
Mobil əlavəni "Google Play” və "AppStore” onlayn mağazalarından yükləmək mümkündür.
"The Verge” internet portalı qeyd edir ki, "HalloApp” bəzi xüsusiyyətləri ilə "WhatsApp”ı xatırladır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər