• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Çində güclü partlayış: 42 ölü - Fotolar

Çində güclü partlayış: 42 ölü - Fotolar
29.05.2020 11:18
İnsident zamanı azı 400 nəfər xəsarət alıb

Çinin Tyantsin şəhərində yanacaq anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

APA-nın "Sina” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş 20 yanğınsöndürənin taleyi məlum deyil.

İtkin düşmüş yanğınsöndürənlərlə əlaqə təkrar partlayışdan sonra kəsilib.

***

05:20

Çinin Tyantsin şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

APA-nın  "China Daily” qəzetinə istinadən verdiyi xəbərə görə, azı 400 nəfər xəsarət alıb, onlardan 32-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanacaq anbarında baş verən partlayış nəticəsində yaxınlıqdakı bina uçub, onlarla tikiliyə ziyan dəyib. Eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Partlayışın gücü elə həddə olub ki, yerli seysmoloji mərkəz tərəfindən qeydə alınıb. Məlumatlara görə, partlayış qonşu Xebey əyalətinin bir sıra bölgəsində hiss edilib.

Hazırda yanğınsöndürənlər partlayışdan sonra əmələ gəlmiş yanğını lokallaşdırmağa çalışır.

***

02:05

İlkin məlumatlara əsasən, Çinin Tyantsin şəhərində baş verən güclü partlayış nəticəsində 13 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə "Jenmin jibao” qəzeti yazıb.

Bildirilir ki, yanacaq anbarında baş verən partlayış nəticəsində 13 nəfər ölüb, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

***

00:40

Çinın Tyantsin şəhərində güclü partlayış nəticəsində xəsarət alanların sayı 300 nəfəri ötüb.

APA-nın "Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış yanacaq anbarında baş verib.

Son məlumatlara əsasən, 30 saniyə ərzində tikilidə iki güclü partlayış qeydə alınıb.

Qeyd edək ki, Çinin ən iri şəhərlərindən biri olan Tyantsin paytaxt Pekindən 200 km aralıda yerləşir.


***

23:23

Çinin şimalında Tyantsin şəhərində güclü partlayış baş verib.

APA-nın "Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 50 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış 10 km radiusunda hiss edilib, bir neçə binanın şüşələri sınıb.

Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünyanın ən bahalı şəhərləri - Fotolar
Dünya 10:47
Dünyanın ən bahalı şəhərləri - Fotolar
Dünya 10:08
"11 sentyabr hücumlarını Səudiyyə Ərəbistan maliyyələşdirib" - Fotolar
Dünyanın ən dəyərsiz valyutaları - SİYAHI+FOTOLAR
Dünya 08:55
Dünyanın ən dəyərsiz valyutaları - SİYAHI+FOTOLAR
Di Kaprio yeni il tətilini belə keçirir
Dünya 08:54
Di Kaprio yeni il tətilini belə keçirir
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR
Dünya 08:33
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
Dünya 07:36
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
Dante İŞİD-ın hədəfində - Fotolar
Dünya 06:46
Dante İŞİD-ın hədəfində - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol