• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Sarkisyan Putinə Azərbaycandan şikayətləndi

Sarkisyan Putinə Azərbaycandan şikayətləndi
08.09.2015 01:50
Serj Sarkisyan: "Son vaxtlar Azərbaycan tərəfi iri çaplı odlu silahlardan başqa artileriyadan da istifadə edir"

Moskva.Fərid Əkbərov- APA. Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə ölkə başçıları müxtəlif sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının gələcək inkişafını, o cumlədən Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər.
 
Vladimir Putin hər iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığını söyləyib: "Bizim hər zaman müzakirə etməyə mövzumuz var. Rusiya-Ermənistan münasibətləri xüsusi xarakter daşıyır. Ermənistanın Avrasiya İqtisadi Birliyinı qoşulmasını, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını nəzərdə tuturam. Sizinlə bu plan ətrafında bir sıra məsələləri müzakirə etmək istərdim".
 
V.Putin Rusiyanın Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olduğunu da qeyd edib: "Keçən il 2013-cü illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb. Lakin təəssüfllər olsun ki, bu ilin birinci yarısında ticarət dövriyyəsində azalma qeydə alınıb. Bu gün bu barədə də danışacağıq. Burada müəyyən nüanslar var, hansı ki, məndə bu suallara cavab hələ ki yoxdur".
 
Serj Sarkisyan isə çıxışında erməni ailəsini öldürən rus əsgərin məhkəmə prosesinin Ermənistanda keçirilməsinə görə Putinə təşəkkürünü bildirib: "Bu gün Energetika nazirliyi ilə qazın qiymətinin 25 dollar aşağı salınması barədə müqavilə imzalandı. Ermənistana 200 milyon dollar dəyərində kredit ayrılması barədə müqavilə imzalandı, hansı ki, Ermənistan silahlı qüvvələrinə hərbi arsenalının yenilənməsinə imkan verəcək. Ermənistandakı Atom stansiyasının modernləşdirilməsi haqqında müqavilə imzalanıb, artıq qüvvəyə minib". Sarkisyan enerji tarifinin qiymətinin artırılması ilə bağlı məsələdə yeni qərarın tapılmasına ümid etdiyini də söyləyib.
 
Ermənistan prezidenti Vladimir Putinə Azərbaycandan şikayət etməyi də unutmayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında cəhdlərinizə  görə sizə təşəkkür edirəm.  Son iki həftə ərzində sərhəddə vəziyyət gərginləşib. Son vaxtlar Azərbaycan tərəfi iri çaplı odlu silahlardan başqa artileriyadan da istifadə edir. Əlbəttə ki, biz cavab vermək məcburiyyətində qalırıq. Mən bu haqda KTMT-nin Düşənbə sammitində ətraflı danışacam".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadınlara qadağa - gecə saat 11-də sonra olmaz!
Dünya 22:37
Qadınlara qadağa - gecə saat 11-də sonra olmaz!
Ankarada böyük mitinq başladı
Dünya 11:26
Ankarada böyük mitinq başladı
Türkiyədə həlak olanların sayı 90-a çatıb, 1154 nəfər yaralanıb
Siyasət 11:22
Türkiyədə həlak olanların sayı 90-a çatıb, 1154 nəfər yaralanıb
Sarkisyan Putinə Azərbaycandan şikayətləndi
Dünya 01:50
Sarkisyan Putinə Azərbaycandan şikayətləndi
Çinin dünyanın ən varlı adamlarına vurduğu ziyan açıqlandı - 124 milyard dollar
Dünya 21:00
Çinin dünyanın ən varlı adamlarına vurduğu ziyan açıqlandı - 124 milyard dollar
Faşistlərə aid 300 ton qızılla yüklənmiş qatar tapıldı - İDDİA
Dünya 14:34
Faşistlərə aid 300 ton qızılla yüklənmiş qatar tapıldı - İDDİA
CNN-lə bağlı ağır iddia: pul qarşılığında hökumətlər üçün məlumat toplayıb - VİDEO
Dünya 16:55
CNN-lə bağlı ağır iddia: pul qarşılığında hökumətlər üçün məlumat toplayıb - VİDEO
Hakerlər 32 milyon xəyanətkarın profilini deşifrə etdilər
Dünya 15:40
Hakerlər 32 milyon xəyanətkarın profilini deşifrə etdilər
SMS-in ixtiraçısı vəfat etdi
Dünya 12:50
SMS-in ixtiraçısı vəfat etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol