• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
29.05.2020 03:33
29 yaşlı Sevinc İsmayılova əslən Azərbaycandandır. Türkiyəyə 8 il əvvəl gəlib. Türk vətəndaşlığını aldıqdan sonra Sevinc Atakay adını alıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başiskelədə yaşayan Sevinc Atakay iki uşaq anasıdır.

Hal-hazırda ərindən ayrılmaq ərəfəsindədir, eyni zamanda ailə üzvləri ilə problemləri var. Ona qarşı cinayət işi açılıb.

O, xalasını təhqir etməkdə ittiham olunur. Məhkəmənin qərarı ilə 6 ay 7 gün həbs cəzası alıb. Bu qərarla bərabər Türkiyə Cümhuriyyəti vətəndaşlığından da məhrum edilib. Vətəndaşlıqdan məhrum edilməyə dair rəsmi məlumatı bu günlərdə alıb.

Sevinc Atakay bildirib ki, vətəndaşlıqdan çıxarılması haqqında rəsmi açıqlamada onu terrorla əlaqəsi olmaqda ittiham edirlər.

Bununla əlaqədar Sevinc Atakay bunları söyləyib:

"Mənə təkrarən 2 il yaşama icazəsi verilib. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq seçkilərdə səsvermə hüququmdan istifadə etmişəm. Əvvəllər məhkum olunmamışam. Ortada heç bir mühüm məsələ yoxdur. Xalamla münaqişəmiz olub. Təhqir ittihamı ilə iddia irəli sürülüb. Bütün məsələ bundan ibarətdir. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı qalmaq istəyirəm”.

Sevinc Atakay məhkəmənin qərarı ilə əlaqədar Anayasa Məhkəməsində apellyasiya işi açacaq. Azərbaycana geri qayıtmaq istəməyən S.Atakay lazım gələrsə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyini bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Dünya 03:33
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Krımda nüvə silahı təhlükəsi
Dünya 03:19
Krımda nüvə silahı təhlükəsi
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Dünya 03:13
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
Dünya 19:23
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Dünya 21:30
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Rusiyada türk filmlərinə QADAĞA
Dünya 09:45
Rusiyada türk filmlərinə QADAĞA
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Dünya 10:23
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Dünya 11:36
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Kralın 16
Dünya 14:32
Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol