• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın azadlığa buraxdığı keçmiş məhbus terror təşkilatına başçı seçildi

ABŞ-ın azadlığa buraxdığı keçmiş məhbus terror təşkilatına başçı seçildi
28.05.2020 22:23

Terrorçuluqda şübhəli bilinərək Quantanamo həbsxanasında saxlanılan İbrahim Koşi azadlığa çıxdıqdan sonra yenidən terror fəaliyyətinə qayıdıb.   

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İbrahim Koşi "Ərəbistan yarımadasındakı Əl Qaidə” qruplaşmasının lideri təyin olunub.   Daha çox Şeyx Habib əl Sudani ləqəbi ilə tanınan terrorçu 2001-ci ilin dekabrında Pakistanda həbs olunmuşdu. O, ABŞ-ın Üsəma Ben Ladenə yaxınlığı ilə seçilən şəxslərdən hazırladığı "çirkin otuzluq” qrupuna daxil idi.   

İbrahim Koşi 2010-cu ildə özünü terror aktları hazırlamaqda və ekstremist təşkilatları maliyyələşdirməkdə təqsirli sayaraq istintaqla razılığa getmişdi.   Buna görə də 2012-ci ildə onu Quantanamo həbsxanasından vətəni Sudana köçürmüşdülər.  

Bir müddət sonra azadlığa çıxan Koşi Parisdə "Charlie Hebdo” jurnalının redaksiyasına hücum təşkil etməkdə əsas şübhəli sayılır.     
Son vaxtlar isə onun başçılıq etdiyi "Ərəbistan yarımadasındakı Əl Qaidə” qruplaşması Yəməndə Zincibar və Caar şəhərlərini ələ keçirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol