• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

“Ginnesin Rekordlar kitabı”na düşən cütlüyün TOY FOTOLARI

“Ginnesin Rekordlar kitabı”na düşən cütlüyün TOY FOTOLARI
02.12.2016 20:36
Dünyanın ən balaca boy cütlüyü Paulo Gabriel da Silva Barros və Katyucia Lie Hoshino bənzərsiz sevgi yaşayırlar.
 
Dörd il uzaq məsafədən münasibət yaşayan braziliyalı cütlük sonradan birlikdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə cütlük rəsmən evlənib və elə həmin gün də onların adı "Ginnesin Rekordlar kitabı”na düşüb.
 
 
 
Braziliyalı kişi və qadın ayrı-ayrı şəhərlərdə yaşayıblar. 88 sm boyu olan Barros hüquq şirkətlərindən birində işləyir, 89 sm boyu olan Katyucia isə kosmetoloqdur. Bir-birini çox sevən cütlük 10 il əvvəl sosial şəbəkədə tanış olublar. Barros qızı görən kimi aşiq olub, Katyucianın isə ondan xoşu gəlməyib. Hətta onu sosial şəbəkədə blok da edib. Bundan sonra Barros kilometrlərlə yol qət edərək, Katyucianın könlünü fəth etmək üçün onun yaşadığı şəhərə gəlib. Dörd illik sevgi münasibətindən sonra cütlük bir yerdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə onlar rəsmən evləniblər.
 
 
 
Dünyanın ən balaca boy cütlüyü hər fürsətdə bir-birinə olan sevgisini dilə gətirir. Onlar həyatın bütün çətinliklərinin öhdəsindən birlikdə gəlirlər. Xəyallarının ikisini reallığa çevirən cütlüyün bir arzusu qalıb - uşaq sahibi olmaq. Həkimlər cütlüyə qüsurları səbəbindən uşaq sahibi olmağa icazə vermirlər. Lakin onlar istəklərindən vaz keçmirlər. Hətta bu arzularına çata bilməsələr də, bir-birinə sahib olmağı ən böyük şans hesab  edirlər.
 
 
 
Barros ve Katyucia insanların onları anlayışla qarşılamalarını istəyirlər. Yolda gedərkən belə, insanların baxışlarından narahat olan cütlük özləri kimi qüsurlu şəxslərin digərləri tərəfindən normal qarşılanmasını arzulayır. //Aile.lent.az
 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniyada minlərlə insan Trampın səfərinə qarşı aksiya keçirib
Dünya 23:17
Britaniyada minlərlə insan Trampın səfərinə qarşı aksiya keçirib
ABŞ vətəndaşlıq üçün müraciət edənlərə tarix imtahanını bərpa edəcək
Dünya 22:27
ABŞ vətəndaşlıq üçün müraciət edənlərə tarix imtahanını bərpa edəcək
“Green card”da iştirak ödənişli olacaq
Dünya 21:12
“Green card”da iştirak ödənişli olacaq
Aİ İsraillə bağlı çağırış edib
Dünya 20:42
Aİ İsraillə bağlı çağırış edib
Çin 29 saatlıq birbaşa uçuşlara başlayır
Dünya 20:16
Çin 29 saatlıq birbaşa uçuşlara başlayır
Trampın təyyarəsi təhlükə ilə üzləşib
Dünya 19:45
Trampın təyyarəsi təhlükə ilə üzləşib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Dünya 18:45
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Zelenski ABŞ-yə səfər edəcək
Dünya 18:30
Zelenski ABŞ-yə səfər edəcək
Suriya-İsrail arasında görüş Bakıda baş tuta bilər
Dünya 09:55
Suriya-İsrail arasında görüş Bakıda baş tuta bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol