Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib

Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib.
Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb.
1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 