• $
  • €
  • ₽
  • ₺
  • £

Alman kəşfiyyatından ermənilərə ağır zərbə - Sensasiyalı açıqlama

Alman kəşfiyyatından ermənilərə ağır zərbə - Sensasiyalı açıqlama
29.05.2020 02:49
Ermənistan və Qafqazdan gələn cinayətkarlar Almaniyada mafiya şəbəkəsi qurublar.

Bu barədə Almaniyada nəşr olunan "Der Spiegel” jurnalı məlumat yayıb.

Jurnal yazır ki, son 3 il ərzində Almaniyada erməni mafiyasına qarşı keçirilmiş saysız əməliyyatlara baxmayaraq, hələlik bu şəbəkəni çökdürmək mümkün olmayıb: "Xüsusi əməliyyatlar 6 təhlükəsizlik strukturu tərəfindən həyata keçirilib”.

"Der Spiegel” erməni mafiyasının və digər Qafqaz qruplaşmalarının Rusiya-Avrasiya mütəşəkkil cinayətkar şəbəkəsinə daxil olduğunu və əməliyyatlar zamanı ələ keçirilmiş dəstə üzvlərinin bu istiqamətdə ifadə verdiyini yazır.

Əməliyyatlara Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Avropa Polis Təşkilatı (Europol) dəstək verir.

Gizli Qafqaz şəbəkəsi və erməni mafiyası özünü 2014-cü ilin iyul ayında iki klan arasında baş verən silahlı qarşıdurma zamanı ələ verib. Bundan sonra fırıldaqçılıq yolu ilə ayrı-ayrı şəxslərə məxsus pulları mənimsəmə ittihamı ilə şəbəkəyə daxil olan 42 nəfərə qarşı məhkəmə işi açılıb.

Beləliklə, alman hüquq mühafizə orqanları erməni mafiyasının izinə düşüb və bunun böyük bir şəbəkənin tərkibinə daxil olduğunu təsbit edib.

Jurnal qeyd edir ki, Rusiya-Avrasiya mütəşəkkil cinayətkar şəbəkəsinə daxil olan Qafqaz qruplaşmaları böyük pul ehtiyatına və hərbi-texniki avadanlıqlara malikdir. Lakin dəlil azlığına və 3 ildir gedən istintaqın yekun nəticəsi məlum olmadığına görə, şəbəkəni tamamilə zərərsizləşdirmək mümkün deyil.

"Der Spiegel” iddia edir ki, Ermənistanın Almaniyadakı səfiri Aşot Sumbatyan erməni mafiyasına qarşı mübarizəyə dəstək təklifini versə də, Almaniya Federal Kəşfiyyat Xidməti bunu şübhəli addımı kimi qiymətləndirərək onu rədd edib: "Alman kəşfiyyatı erməni mafiyasının Ermənistan hakimiyyəti ilə əlaqəli olmasından şübhələnir”.

Jurnal Almaniyada başlayan əməliyyatların 4 ay əvvəl İspaniyada Avropanın ən böyük cinayətkar şəbəkəsi olan erməni mafiyasına qarşı görülmüş tədbirlərin tərkib hissəsi olduğunu bildirir.

İndiyədək keçirilmiş 70-dən çox əməliyyatda 140 erməni mafiya üzvü həbs edilib, külli miqdarda qəsb, təhdid və fırıldaqçılıqla ələ keçirilmiş maddi vəsait müsadirə olunaraq götürülüb. (teleqraf)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol