• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in İstanbulda terror planının eskizi ələ keçdi - VİDEO

İŞİD-in İstanbulda terror planının eskizi ələ keçdi - VİDEO
23.10.2014 16:56
Konyada bir evdə aparılan axtarış zamanı İŞİD-in İstanbulun ən iri ticarət mərkəzi hesab olunan "Kapalıçarşı"da həyata keçirmək istədiyi qorxunc planı ortaya çıxıb.ANN.Az xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri eyni zamanda həmin ünvanda "Kalaşnikov" avtomatı, əl bombaları, partlayıcılar, mina və kamikadze gödəkçələri aşkar ediblər. Əməliyyat əldə olunan anonim xəbər əsasında həyata keçirilib. Hazırda Türkiyənin təhlükəszilik qüvvələri ölkənin əksər şəhərlərinin giriş-çıxışlarında, metro binalarında, "hücrə evi" ehtimalı daşıyan ünvanlarda və boş ərazilərdə nəzarəti artırıblar. Alınan məlumata görə, İŞİD yaraqlılarının Türkiyəyə istiqamətli terror hücumu riskinin artması səbəbilə bütün təhlükəsizlik güclərinə "İŞİD-ə qarşı diqqətli ol" xəbərdarlığı edilib. Bundan əlavə oktyabrın 19-da Qaziantepdə həyata keçirilən əməliyyat nəticəsində 10 ədəd "kalaşnikov", 2 min 280 "kalaşnikov" gülləsi, 40 əl bombası, 40 mina, 14 kilo TNT partlayıcı və 9 kamikadze gödəkçəsi ələ keçirilmişdi. Əməliyyatla əlaqəli olaraq iki nəfərə şübhəli şəxs qismində nəzarətə alınmışdı. Onların ölkəyə silah gətirdikləri və "canlı bomba" - kamikadze aktivistləri olduqları irəli sürülmüşdü.Konyada ələ keçirilən terror aktı planına görə "Kapalıçarşı"da partlayış həyata keçirildikdən sonra Konya, Ankara, Qaziantepdə də müəyyən nöqtələr hədəf salınmalı imiş.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol