• $
  • €
  • ₽
  • ₺
  • £

Ana pis qiymət alan qızını odunla öldürdü

Ana pis qiymət alan qızını odunla öldürdü
22.10.2014 14:51

Türkiyədə rüb sonunda aşağı qiymət alan qızının başına odun vuraraq ölümünə səbəb olan ana 5 il sonra işlədiyi cinayəti etiraf etdi.

 

ANN.Az-ın “anspress.com”-a istinadən xəbərinə görə, hadisə Türkiyə Giresun vilayətinin Görele rayonunda baş verib.  

 

Məlumata görə, litsey şagirdi olan 17 yaşlı Nazilə Tütünçü 2009-cu il iyunun 12-də məktəbdən qiymət kitabçasını aldığı gün yoxa çıxıb. Atası Veysəl Tütünçünün qızının itkin düşməsi barədə müraciətindən sonra polis qızın axtarışlarına başlayıb.

 

İyunun 18-də axtarışda iştirak edən mülki müdafiə dəstələri ərazidəki fındıq bağlarından birində qızın heyvanlar tərəfindən parçalanmış cəsədini tapıb. Yanında ov tüfəngi və qiymət kitabçası olan qızın intihar etdiyi güman olunsa da məhkəmə tibbi ekspertizası bu istiqamətdə heç bir dəlil aşkarlaya bilməyib.

 

Polis təzadlı ifadələrindən şübhələndiyi ana Yetər Tütünçünü bir neçə dəfə sorğulayıb və qatil ana son ifadədə cinayət işlədiyini etiraf edib. Qızının 5 dərsdən aşağı qiymət aldığını deyən ana onun başına odun vurduğunu, fındıq bağına qədər sürüdüyünü və hadisəni intihar kimi göstərmək üçün yanına tüfəng qoyduğunu etiraf edib.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol