• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Davudoğlu: "Kürdlərə görə istefa verməyə hazıram"

Əhməd Davudoğlu: "Kürdlərə görə istefa verməyə hazıram"
21.10.2014 13:45

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verməyə hazır olduğunu açıqlayıb.

"Trend2-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə hakimiyyətinin kürdlərə qarşı nifrət və kin bəslədiyi sübut olunarsa, o öz vəzifəsindən getməyə hazırdır: “Hakimiyyətdə olan digər vəzifə sahiblərinin belə kürdlərə qarşı kin və nifrət bəslədiyi sübut olunsa, onları vəzifədən azad etməyə hazırıq”.

Məlumat üçün bildirək ki, Türkiyə hakimiyyəti Suriyanın kürdlər yaşayan Kobani şəhərinin “İslam dövləti” terrorçularında müdafiə etmək üçün hərbi texnikadan istifadə etməyəcəyini açıqladıqdan sonra, bəzi siyasi partiyalar ölkə rəhbərliyini kürdlərə qarşı kin və nifrət siyasəti yürütməkdə ittiham ediblər.

Suriyanın Kobani şəhəri artıq bir neçə vaxtdır ki “İslam Dövləti” yaraqlılarının nəzarəti altındadır.

Dünən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.

Onun sözlərinə görə, Türkiyə Suriyanın Kobani şəhərinin "İslam Dövləti" qruplaşmasının nəzarəti altına keçməsini istəmir.

M.Çavuşoğlu qeyd edib ki, hazırda Kobanidə "İslam Dövləti"nin yaraqlılarına qarşı döyüşən 7 hərbiləşdirilmiş qrup var.

Virtualaz.org

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol