• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in satışa çıxardığı qızın dəhşətli həyatı - FOTOLAR

İŞİD-in satışa çıxardığı qızın dəhşətli həyatı - FOTOLAR
15.10.2014 12:35

Bu günlərdə məşhur Britaniya qəzeti "The Daily Mail"in saytında dərc olunan məqalə 15 yaşlı qızın İŞİD terrorçularının əsarətində olarkən başına gələn dəhşətli hadisələrdən bəhs edir. ANN.Az həmin məqaləni oxucuların diqqətinə təqdim edir:

"Əsir düşmüş 15 yaşlı yezid qızı onu qul kimi satın almış hər iki ərindən qaçıb canını qurtarmağa nail olub. O, bunu etmək üçün yuxu dərmanlarından, hətta silahdan da istifadə etmək məcburiyyətinə qalıb.Bu yeniyetmə qız İŞİD ekstremistlərinin oğurladığı minlərlə qadından biridir. Amma o, ailəsini təqiblərdən qorumaq üçün adının anonim qalmasını xahiş edir.Yezidi qız danışır ki, qadınların və qızların alqı-satqı obyektinə çevrildiyi mühitdən canını güclə qurtarıb. Bundan başqa terrorçular qadınları müntəzəm olaraq zorlayırdılar. Müxtəlif yollarla əsarətdən canlarını qurtaran, yaxud evlərinə zəng vurmağa imkan tapan qızların sözlərinə görə, İŞİD yaraqlılarının qurbanları arasında hətta 5 yaşlı qız uşaqları da var. 15 yaşlı yezidi qızın sözlərinə görə, İŞİD yaraqlıları digər qızlarla birlikdə onu da əsir götürdükdən sonra qonşu Tal Afar şəhərinə aparıblar. ABŞ qırıcıları həmin şəhərə hava zərbələri endirənə qədər onları bu şəhərdə - türmədə saxlayıblar.Sonra döyüşçülər onu və bir çox başqa qızları İŞİD döyüşçülərinin daha çox cəmləşdiyi Mosul şəhərinə gətiriblər."Onlar qızları satmaq üçün Suriyaya aparırdılar", - bizim qəhrəmanımız başına gələn hekayəti danışarkən göz yaşlarına hakim ola bilmirdi: "Bizi Suriyaya satmağa gətirmişdilər. Təxminən beş gün məni iki bacımla birlikdə saxladılar. Sonra bacılarımdan biri satıldı. Onu Mosula geri apardılar, mənsə Suriyada qaldım".Rakka şəhərində bizim qəhrəmanımızı böyük məbləğdə pul müqabilində bir fələstinliyə zorla ərə verirlər. O, yaşlı ərinin evində işləyən qulluqçudan aldığı tapança ilə onu qətlə yetirir və evdən qaçır. Amma gedəcək bir yeri olmadığından satılmazdan əvvəl İŞİD yaraqlılarının saxladığı evə dönmək məcburiyyətində qalır.Onu bir az əvvəl fələstinli kişiyə satan İŞİD əsgərləri qızı tanımırlar və bu dəfə onu Səudiyyə Ərəbistanından olan bir döyüşçüyə 1000 dollar (£ 620) pul müqabilində təkrar zorla ərə verirlər.Qız əlavə edir: "Məni alan əsgər adımı dəyişib "Aber" qoymaq istəyirdi ki, hətta doğma anam belə məni heç vaxt tanıya bilməsin. Mənə deyirdi ki, sən islamı qəbul edəcəksən və yalnız bundan sonra mən səninlə evlənəcəm. Amma mən inancımı dəyişməkdən imtina etdim və buna görə də qaçdım".Qız ikinci qaçışını belə anladır: "Mən tozaoxşar dərmanı öz gələcək ərimin və onun tanışlarının çayına səpdim, onlar yuxuya getdilər. Bu isə mənə evi tərk etməyə imkan verdi".İkinci qaçışı zamanı onun bəxti gətirir. Qız onu Türkiyəyə aparacaq və orada öz qohumları ilə görüşməsinə yardım edəcək bir nəfərlə tanış olur. Qardaşı 15 yaşlı bacısını qurtaran qaçaqmalçıya 2000 dollar pul ödəməli olur.Türkiyəyə, yaxın qohumlarının yanına gəlib çıxan yezidi qız əslində evlərinə dönmək istəyir. Təhlükələrdən canını qurtara bilsə də, bundan sonrakı həyatının elə də asan keçməyəcəyini bilir.www.dailymail.co.uk/news/article-2789316/captured-isis-sold-slavery-15-year-old-yazidi-girl-tells-horrific-ordeal-hands-jihadists-escaping-turkey.html?ito=social-facebook

Tərcümə: Ramil Rahiboğlu

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol