• $
  • €
  • ₽
  • ₺
  • £

Qurbanlarının ətini yeyən, hərbi çevrilişlə hakimiyyətə gələn Jan Bedel Bokassa

Qurbanlarının ətini yeyən, hərbi çevrilişlə hakimiyyətə gələn Jan Bedel Bokassa
29.05.2020 02:42
Bəşəriyyət tarixində xarizmatik və qəddar dövlət başçıları olub.

Anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, XX əsrdə Mərkəzi Afrika Respublikasının imperator postunu tutan Jan Bedel Bokassa da qəddar dövlət başçılarından biridir. Bokassa insan əti yeməyi xoşlayırdı və hakimiyyətə hərbi çevrilişlə gəlib.

Bu günə qədər də Bokassa adı Mərkəzi Afrika Respublikası sakinləri arasında dəhşətə səbəb olur. Jan parlaq hərbi karyera qurur. Sonra isə ikinci dünya müharibəsində Fransa tərəfindən savaşa qatılır. Müharibədən sonra vətənə qayıdır və hərbi çevrilişə cəhd edir. Bunun sayəsində isə doğma əmisini taxtdan salır. Gənc və ambisiyalı afrikalı taxta çıxır.

Jan Bokassanın taclandırma mərasiminə 20 milyon dollar xərclənir. Dilənçi ölkə üçün bu, illik büdcədən bir neçə dəfə çox idi. Amma bu fakt imperatorun vecinə deyildi. Bundan başqa Bokassa təmiz qızıldan hazırlanmış taxt sifariş edir. Bu taxtın çəkisi iki ton idi.

İmperator qadınları çox sevirdi. Bokassanın 17 arvadı və 77 övladı olub. Amma övladlarının tərbiyəsinə qoşulmurdu. O, sadəcə övladlarına insan əti yeməyi qadağan etmişdi. Çünki Bokassa qorxurdu ki, insan ətinin dadına baxan övladları onu taxtdan devirə bilərlər.
Bokassa özü isə insan ətini, xüsusən də düşmənlərinin ətini çox xoşlayırdı. İmperator sarayının aşpazları tez-tez müxtəlif souslarla insan ətindən yemək hazırlayırdılar. Bokassa Mərkəzi Afrika Respublikasına səfər edən diplomatları belə yeməyə qonaq etməkdən utanmırdı. Bəzən isə imperator öldürülən insanın ailəsini saraya dəvət edir, qohumlarının ətindən yeməyi təklif edirdi. Əgər ailə üzvləri yeməkdən imtina etsələr, onları dərhal edam edirdilər. Xarici səfərə çıxan imperator çantasına bir neçə banka konservləşdirilmiş insan əti də qoyurdu.

İmperator əsasən gözəl qadınların ətini daha çox xoşlayırdı. Mərkəzi Afrika Respublikasında keçirilən gözəllik müsabiqəsinin qalibi olan qız Bokassanın naharına çevrilmişdi. İmperator 1979-cu ilə qədər hakimiyyətdə qaldı. Taxtdan salındıqdan sonra müttəhim kürsüsündə əyləşdi. Keçmiş imperator bir sıra qətllərdə, hannibalizmdə və hakimiyyətdən sui-istifadədə ittiham edilirdi.

Bokassa iddia etdi ki, rəqiblərini dini ayin məqsədi ilə öldürüb. Amma onların ətini yeməyib. Əvvəlcə Bokassanı ölüm hökmü ilə cəzalandırmaq istədilər. Sonra isə 20 il həbs cəzası verdilər. Amma sonradan cəza müddəti 6 il azaldıldı. 1993-cü ildə keçmiş imperator azadlığa çıxdı. Bir neçə il sonra isə ürək tutmasından dünyasını dəyişdi…

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol