• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan ABŞ-a sərt reaksiya

Ərdoğandan ABŞ-a sərt reaksiya
05.10.2014 12:00

Türkiyənin baş naziri Əhməd Davudoğlunun ardınca, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyə ilə bağlı dediklərinə sərt reaksiya verib.

 Ərdoğan Co Baydenin “Türkiyə hökuməti İŞİD-ə dəstək verir” deməsinin qəbuledilməz olduğunu bildirib.

“Əgər bu məsələdə Bayden bu cür ifadələr işlədibsə, Bayden mənim üçün keçmişdə qaldı. Məndən əsla bu cür ifadələrə zəmin yaradılmayıb. Əvvəla, heç kim Türkiyənin, o vaxtkı və indiki hökumətin İŞİD başda olmaqla, hər hansı bir terror təşkilatına kiçik bir yardımının belə edildiyini deyə bilməz. Bunu heç kim sübut edə bilməz. Əcnəbi döyüşçülər də bizim ölkəmizdən Suriyaya getməyiblər”, - deyə, Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan həmçinin Qərb ölkələrinin öz vətəndaşlarının İŞİD-ə qoşulduqlarını etiraf etdikləri halda, Türkiyəyə qarşı da ittihamlar səsləndirməsini də qəbuledilməz sayıb: 

“Bunu açıq-aşkar bəyan edirəm - bu cür cılız, dolayısı yolla edilmiş açıqlamalar bizim üçün qəbuledilməzdir”.

ANS PRESS

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol