• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstana vizaların qiyməti açıqlandı

Gürcüstana vizaların qiyməti açıqlandı
30.09.2014 15:16

Viza aldıqdan sonra müddətli yaşayış icazəsi də almaq lazımdır.

Gürcüstanın Azərbaycan səfirliyi bu ölkənin tətbiq etdiyi yeni viza rejiminin detallarını açıqlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, Azərbaycan vətəndaşları Gürcüstana səfər etdikdə bu ölkədə 90 gündən çox olmamaqla vizasız qala biləcəklər.

Lakin Gürcüstanda 90 gündən artıq qalmaq istəyənlər “geoconsul.gov.ge” saytına daxil olmalı, ingilis dilində anket doldurmalı, tələb olunan sənədlərin “scan” olunmuş sürətini anketə əlavə etməli və anketdə Gürcüstanın Azərbaycandakı səfirliyini seçməlidirlər:

“Anket Gürcüstanın Azərbaycandakı səfirliyinə çatacaq, səfirlik vətəndaşları dəvət edəcək və viza rüsumunu ödəmək üçün çek təqdim olunacaq”.

Biznes vizası (D1 kateqoriyası) üçün səyahət məqsədini sübut edən sənəd, sağlamlığın və bədbəx hadisənin sığortası haqqında sənəd, iş yerindən arayışı, müqavilə, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd, bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd,  pasport surətini, ağ fonda 3x4 ölçülü fotoşəkili “scan” edib anketə əlavə etmək lazımdır.

Təhsil vizası (D3 kateqoriyası) üçün vətəndaşın həqiqətən qeyd etdiyi təhsil müəssisəsində təhsil aldığına dair arayış, sağlamlığın və bədbəxt hadisənin sığortası haqqında sənəd, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd; bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, bu olmadığı təqdirdə isə atasının və ya digərinin sponsorluğu haqqında məktub və onun iş yerindən maaşı haqqında sənəd;  pasport surəti və ağ fonda 3x4 ölçülü fotoşəkil “scan” olunaraq elektron anketə əlavə edilməlidir.

Gürcüstanda ailə üzvü olan Azərbaycan vətəndaşları  üçün (D4 kateqoriyası) elektron viza anketini doldurduqdan sonra əlavə edəcəkləri sənədlərin siyahısı da qeyd olunub:

“Sağlamlığın və bədbəxt hadisənin sığortası haqqında sənəd, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd, bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd,  bu olmadığı təqdirdə isə ayda 1600 lari və 800 manat maaşının olması haqqında sənəd, Gürcüstanda olan ailə üzvünün sənədləri – həyat yoldaşının yanına gedirsə nikah haqqında arayış, övladlarının yanına gedirsə onların doğum haqqında şəhadətnaməsi, əcnəbinin doğum haqqında şəhadətnaməsi, Gürcüstanda yaşayan ailə üzvünün Gürcüstanda qanuni şəkildə yaşaması haqqında sənəd (əgər ailə üzvü Gürcüstanda  viza əsasında qalmırsa) – yaşayış yerindən arayış, ağ fonda 3x4 ölçülü fotoşəkil və pasport”.

Qeyd olunub ki, viza aldıqdan sonra Gürcüstanda ədliyyə evlərində müddətli yaşayış icazəsi də almaq lazımdır.

Turistik viza (C1 kateqoriyası) üçün isə sağlamlıq və qəza sığortası sənədi; yaşayış yerini təsdiq edən sənəd; səyahət sənədləri üçün kifayət qədər vəsaitlərin olması haqqında sənəd, geri qayıdacağına zəmanət verən sənədin “scan” surətini elektron anketə əlavə etmək tələb olunur.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol