Əsəd rejimi yenidən kimyəvi silah işlətdi

Belə bir iddia ilə dünya mediası çıxış edib.ANN.Az türk mediasına istinadən xəbər verir ki, Suriyanın paytaxtı Şam şəhərinin Adra bölgəsinə atılan zəhirli qazlar səbəbilə 7 nəfər ölüb.Suriya müxalifətinin yaydığı xəbərə görə, kimyəvi silahın atılması ejtimal olunan zəhərli qazdan çoxlu sayda vəziyyəti ağır olan sıravi vətəndaşlar var.Zərəhli qazdan təsirlənənlərin əsas əlamətləri bunlardır: göz bəbəklərinini balacalaşması, nəfəs darlığı, qusma, özündən getmə. Zəhərlənən suriyalıların xəstəxanalara aparıldığı deyilir.Qeyd edək ki, Adra müxalif qüvvələrin nəzarəti altındadır və artıq bir həftədir ki, bölgədə ağır döyüşlər gedirANN.Az
























