• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail siyasətində bomba partladı: Gözlənilməz istefa

İsrail siyasətində bomba partladı: Gözlənilməz istefa
18.09.2014 13:34
İsrailin Daxili İşlər naziri Qideon Saar istefa verib.

ANN.Az xəbər verir ki, o, heç kimin gözləmədiyi halda siyasətlə vidalaşmaq istədiyini açıqlayıb. Bu istefa İsrailin siyasət dünyasında bomba effekti yaradıb.Saar istefaya getmək istəyini yəhudilərin Yeni il bayramına həsr olunmuş Likud Partiyasının ənənəvi yığıncağında açıqlayıb. O, qeyd edib ki, onun fəsiləyə ehtiyacı var, özünü ailəsinə və uşaqlarına həsr etməklə yanaşı, siyasətdən kənar digər sahələrdə çalışmaq fikirindədir.Amma bir çox ekspertlər hesab edirlər ki, Saar yaxın gələcəkdə İsraildə keçiriləcək baş nazir postuna ən real namizədlərdən biridir və o, bu seçkilərə hazırlaşmaq məqsədilə öz postundan istefa verib.İsrailin "Kanal 10" televiziyası istefa qərarının baş nazir Netanyahunun hökumət və partiya daxilində müxalifətin güclənməsi, "böyük ssenarilərə səhnə hazırlığı" deyərək qiymət verib.İsrailin xarici işlər naziri Aviqador Liberman bu istefanı təəssüflə qarşıladığını və  "Hökumət ən yaxşı nazirlərindən birini itirdi" - deyərək reaksiya verib.Bəzi İsrail mənbələri Saarın bundan əvvəl Likud Partiyasından istefa verən Moşe Kahlonla birlikdə ittifaq yaradacağını iddia edirlər. Ümumiyyətlə, Saar uzun müddətdir ki, ölkədə Netanyahuya ən real rəqib kimi tanınır və onun baş nazir postu üçün aparılacaq mübarizəyə qatılacağı gözlənilir. ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol