• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İraqda döyüşəcəkmi? - Obamadan önəmli açıqlamalar

ABŞ İraqda döyüşəcəkmi? - Obamadan önəmli açıqlamalar
18.09.2014 09:12
ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı İraqda aparılacaq mübarizənin detallarını açıqlayıb.ANN.Az saytı xarici ölkə mediasına istinadən xəbər verir ki, prezident "ABŞ əsgərlərinə İraqda savaşma əmri verməyəcəyəm. Bizim əsgərlərimiz İraqda digər quru döyüşünün iştirakçısı olmayacaq. Bəzi müttəfiqlərimiz havadan, bəzi müttəfiqlərimiz isə qurudan bizə dəstək verəcək" - bildirib.Ötən gün Obama ABŞ ordusunun Orta Şərqdəki əməliyyatlarına məsul olan ABŞ Mərkəzi Qüvvələr Komandanlığının  (CENTCOM) Florida-Tampadakı əsas qərargahına baş çəkib və maraq doğuracaq açıqlamalar verib: "İstər İraq, istər Suriyada olsun, İŞİD terroristləri "Əl Qaidə"nin zatən bildiyi bir eyi öyrənəcəklər - biz nə deyiriksə, onu da edirik. Qolumuz uzundur. Əgər Amerikanı təhdid edərsiniz, qaçacaq heç bir yeriniz olmayacaq. Əvvəl-axır sizi tapacayıq"."Bu, sadəcə ABŞ-ın mübarizəsi deyil və olmayacaq da" - vurğulayan Obama "Son 10 ildə öyrəndiyimiz şeylərdən biri Amerikanın fərqli bir şey ortaya qoya bilməsidir. Amma bu an dəqiq fikir söyləmək istəyirəm: İraqa göndərilən Amerika silahlı qüvvələrinin müharibə missiyası yox və olmayacaq da. Biz sadəcə, öz ölkələrinin təhlükəsizliyi üçün terroristlərlə döyüşən İraq hərbçilərinə dəstək verəcəyik" - deyə ABŞ hərbçilərinin İraqda hansı işlər görəcəyinə aydınlıq gətirib.Prezident İraqda yerli hərbçilərə dəstək verməklə bərabər onlara təlimlərin keçirilməsində, əməliyyatların baş tutmasında məsləhətlərin verilə biləcəyini də qeyd edib: "Bu, gələcəkdə uşaqlarımızın təhlükəsizliyi üçün, onları İŞİD-in zalım hərəkətlərindən qorumaq üçün atdığı addımlarımızdır. Amma bunu təkbaşına həyata keçirməyəcəyik. Onu da öyrəndik ki, bu işləri biz özümüz tək edəndə və həmin yerlərin xalqları bunu özləri özləri üçün etmədiyində, biz oradan çıxar-çıxmaz eyni problemləri təkrar yaşayırlar. Yəni bu o deməkdir ki. qarşımıza qoyduğumuz niyyəti bu gün fərqli şəkildə həyata keçirməliyik".Obama indiyə qədər 40-a yaxın ölkənin İŞİD-ə qarşı geniş çaplı hərəkata fərqli şəkildə dəstək və yardım təkliflərinin verildiyini açıqlayıb.Prezident onu da qeyd edib ki, indiyə kimi kəşfiyyat orqanları İŞİD-in ABŞ-da hər hansı terror aktı gerçəkləşdirməsinə dair fakt əldə etməyiblər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol